"Xalqım məni istəmirsə, yalandan seçkilərdə iştirak etməyin nə mənası var?" — Salyanın keçmiş deputatı
“Deputatlığa namizəd olmaq üçün xalqın arzusu və istəyi olmalıdır. Deputatı xalq seçir. Əgər xalqımız məsləhət bilsə və mənə təklif etsələr, o zaman mən də namizədliyimi irəli sürərəm”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin V çağırış deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.
Əliağa Hüseynov deyib ki, xalqdan istək olmasa, deputatlığa namizəd olmayacaq:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Əgər xalqım mənim seçilməyimi istəmirsə, o zaman yalandan seçkilərdə iştirak etməyin nə mənası var? Mən tam əmin olsam ki, xalq məni istəyir, o zaman deputatlığa namizəd olaram. Ancaq hələ ki, mənə elə bir təklif edən kütlə yoxdur. Salyanın digər deputatı olmuş Fəzail Ağamalıya da uğurlar arzu edirəm. Yəqin ki, onu xalq istəyir, o da deputatlığa namizədliyini irəli sürür. Allah hər kəsin canını sağ etsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda