Xalq artistlərindən "McDonalds", "Burger King", "Papa Johns" şirkətləri ilə bağlı boykot çağırışları FOTO

“McDonald’s”, “KingBurger” və “Papa John’s” şirkətləri Vətən savaşı günlərində Azərbaycana dəstək məqsədli postlarını sosial şəbəkədəki səhifələrindən siliblər.
Bu səbəbdən ölkəmizdə artıq bir neçə gündür ki, mətbuat, sosial şəbəkələr vasitəsilə “McDonalds”, “Burger King”, “Papa Johns” restoranlar şəbəkəsinin boykot edilməsi ilə bağlı çağırışlar edilir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Musavat.com bildirir ki, bu çağırışlara məşhurlar da qoşulmağa başlayıb. Onların arasında Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva da var.
Röya Ayxan bununla bağlı öz “İnstagram” səhifəsində qeyd edib:
“Heç kim, heç bir qazanc və maraq Azərbaycan xalqından üstün ola bilməz”.
Tünzalə Ağayeva isə aşağıdakıları bildirib:
“Biz artıq 30 gün bundan öncəki Azərbaycan deyilik! Biz haqlı Vətən savaşına qalxan, torpaqlarını işğalçı Ermənistandan təmizləyən güclü, qətiyyətli bir ölkəyik. Bu gün dünya bizimlə ayaqlaşmağa məcburdur və məhkumdur. Mən vətənimdə ticarət edən, azərbaycanlı müştərilərindən yaxşı gəlir qazanan əcnəbi markalardan bizə qarşı sayğı, düzgün mövqe göstərməklərini tələb edirəm. Ərazi bütövlüyümüzə qarşı şübhəsi olan hər hansı bir xarici markanın ölkəmizdə yeri olmamalıdır. Olduğu təqdirdə etdiyi ən kiçik səhv və ya hörmətsizliyə görə üzr istəməli, yaxud da doğru açıqlama gətirməlidir!
Heç kim, eləcədə mən insanların işsiz qalmağının tərəfdarı deyilik. Lakin cəbhədə insanlarımız Vətən üçün canlarını fəda edirlər.
Millətimizə, bayrağımıza, xəritəmizə şübhəsi olanın ölkəmizdə yeri yoxdur! Qarabağ Azərbaycandır!”
Aygün Kazımova isə qeyd edib: “Doğrudur, bu gün “McDonalds”, “BurgerKing” bizim əsas problemimiz deyil. Amma buna göz yumsaq, sabah digərləri də eyni səhvi edəcəklər. Ona görə boykot! Hər kəs ölkəmizin ərazi bütövlüyünə hörmət etməlidir”.
Xatırladaq ki, bir neçə gün öncə adı çəkilən şirkətlər Azərbaycan Ordusunun düşmənə qarşı əks-hücumlara başlamasından sonra sosial media hesablarında Ordumuza dəstək məqsədi ilə paylaşım etmişdilər. Lakin az keçməmiş ermənilərin kütləvi narazılığından sonra şirkət həmin paylaşımları silib. Bu isə haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən qəzəblə qarşılanıb.
Xalidə Gəray
Musavat.com
ƏLAQƏLİ
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda