Xalq artisti xəstəxanaya yerləşdirilib
“Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir. Elmira Rəhimovanı həmişə gümrah görməyə adət etmişəm. Düzdür, son vaxtlar səhhətindəki problemləri bilirdim, buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa “Maşallah, top kimiyəm”, deyirdi”.
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov Xalq artisti Elmira Rəhimovanın ünvanına bildirib. O, hazırda xəstəxanada olan müğənniyə baş çəkib. Hacı Nuran bildirib ki, E.Rəhimova bağ evi olmasını arzulayır:
“Elmira Rəhimova mənə anam qədər əziz olan bir insandır. Onun barəsində nə qədər yazsam yenə azdır. Onun Azərbaycan incəsənətində xüsusi yeri var. Ən azından heç kim onun kimi hind mahnılarını sevə-sevə oxumadı. Açığını desəm, nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim.
O cür böyük sənətkarı xəstə çarpayısında görmək mənə də pis təsir etdi. Amma həmişəki kimi optimistdir.
Arzusunu da dedi: “Bir bağ evim olsun, gedim oturum həyətdə. Doyunca nəfəs alım”. Yastığın yüngül olsun, Elmira ana. Allahdan sənə ancaq şəfa diləyirəm”.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər




