Xalq artisti şəhid oğlundan danışdı: "Sonuncu zəngi o oldu"
Oğlu Şuşa döyüşlərində şəhid olan Xalq artisti Əli Nur “Elgizlə izlə” proqramına qonaq olub.
Minval.info xəbər verir ki, aktyor Rövşən Nurzadədən bəhs edib. O bildirib ki, övladı hələ 9-cu sinifdə oxuyanda Qarabağ müharibəsinə getməyə can atıb:
“Qarabağ hadisələri baş verəndə sinif uşaqları ilə birlikdə deyib ki, müharibəyə gedirəm. Direktor xəbər tutub, mənə dedi. Ağdama posta zəng etdim ki, avtobusu saxlasınlar. Uşaqlar polisi aldadıb ki, texnikumda oxuyuruq, Rövşən isə deyib xalamgilə gedirəm. Onun Ağdamda xalası yaşamırdı. Bir həftə sonra onu gətirib məktəbə təhvil veriblər. Rövşən başqa uşaq idi.
İkinci Qarabağ müharibəsi başlayanda özündə olmadı. Nəzarət edirdim, oğlu Türkiyədə təhsil alır. Qonşular dedi ki, Rövşən müharibəyə gedəcək. Düşündüm ki, yaşı uyğun gəlmir. Səhər gəldi görüşdü ki, gedirəm. Hər gün zabit dostları ilə danışırdı, hərbi biliyi güclü idi. Onu özüm yola saldım. Dedi ki, qələbə ilə gələcəm. Hər gün danışırdıq. Cəbrayılda, Qubadlıda, Füzulidən zəng etmişdi. Ayın 2-də zəng etdi ki, ata, gedirəm, amma bilmirik hara. Onun sonuncu zəngi idi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər