Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB
Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov keçmişi ilə bağlı etiraf edib.
Minval.info yeniçag-a istinadən xəbər verir ki, aktyor illər öncə içkiyə qurşandığını və bu vərdişdən xilas olmaq üçün tövbə etdiyini bildirib:
“İçkiyə qurşanmışdım. Bu vərdişimlə anamı, övladlarımı çox incidirdim. Amma bu yoldan dönə bilmirdim, bacarmırdım. Onları həddən artıq çox sevdiyim üçün Qurana əl basıb, tövbə etdim. Eşitmişdim ki, tövbə edən insan səhvini təkrarlasa, yaxın adamı ölər. Doğmalarımı çox sevdiyim üçün bilirdim ki, mən onlara görə, heç vaxt səhvimi təkrarlamaram. Onda 36 yaşım vardı. Düz 23 ildir ki, dilimə spirtli içki dəymir”.
Aktyor Az.TV-nin “Ağ-qara” verilişində bu etirafı edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər