Xalq artisti koronavirusdan vəfat etdi
Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev 72 yaşında vəfat edib.
Bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.
Qeyd edək ki, S.Əliyev Kürdəxanı qəsəbəsində xəstəxanaya yerləşdirilmişdi. Ailəsi Axşam.az-a açıqlamasında onun səhhətinin getdikcə pisləşdiyini demişdi.
Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 ildir ki, teatrın muğam bölməsinin solistidir.
S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış edib.
Sabir Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycanın “Əməkdar artisti” , 2017-ci ildə ” Xalq artisti” fəxri adına layiq görülüb.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər