Xalq artisti: “Həkim söylədi ki, bir az da gecikdirsəydin, iflic olacaqdın”
“Çox ağır əməliyyat keçirdim. Boynum tutulmuşdu. Onurğanın içindən gələn damarda problem var idi. Cərrahi müdaxilələrdən sonra özümü az da olsa, yaxşı hiss edirəm”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.
Sənətkar Türkiyədə keçirdiyi əməliyyatdan danışıb:
“Beş ildən çoxdur ki, həkimlərin qoyduğu yanlış diaqnoz səbəbi ilə səhv müalicə olunmuşam. Əməliyyatdan öncə əlim, qolum, ayağım keyiyirdi. Bir neçə il belimdəki ağrılarıma görə, müalicə olundum. Sən demə, müalicəmin heç bir əhəmiyyəti olmayıb. Çünki həkimlər mənə səhv diaqnoz qoyub və səhv müalicə aparıblar. Bütün problemlər boynumda idi. Beş ildir ki, getmədiyim xəstəxana, döymədiyim həkim qapısı qalmadı. Fizioterapiyaların da xeyri olmadı”.
“Həkim söylədi ki, bir az da gecikdirsəydin, iflic olacaqdın” – deyən Xalq artisti fikirlərini belə davam etdi:
“Əvvəl diaqnoz təyin edilməli, sonra da müalicə aparılmalıdır. Həkim dedi ki, belində problemin yoxdur. Yenə də min şükür. Həkim söylədi ki, kritik vəziyyətdə gəlmisən. Bir az da gecikdirsəydin, iflic olacaqdın. Qol, ayaq tutula bilərdi. Boyun incə və çox ağrılı yerdir. Ağrılarım indi azalıb. Ayaq üstə çox durmaq olmaz. Çalışıram ki, daha çox uzanım.
Əməliyyata heç bir xərcim çıxmadı. Əməliyyat və müalicə xərclərini Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz üzərinə götürdü. Sizin vasitənizlə onlara dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Xalq artisti Rasim Balayevin Türkiyədə əməliyyat olunması xəbərini ilk olaraq Sonxeber.az saytı dərc edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi