Xaliq Zeynallı 617 balla baytarlığı seçdi
Lənkəran şəhər 8 saylı tam orta məktəbin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplayaraq arzusunda olduğu “Baytarlıq” ixtisasını seçib. Xaliqin bu seçimi sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Minval.info xəbər verir ki, Xaliq Zeynallı uşaqlıqdan heyvanlara xüsusi marağının olduğunu və bu marağın keçici olmadığını bildirib. O, “İnsanın həvəsi varsa və onun arxasınca gedirsə, həmişə uğur qazanır” deyərək, bu sahənin gələcəkdə perspektivli olacağını düşündüyünü vurğulayıb. Ailəsi və dostlarının təzyiqlərinə baxmayaraq, Xaliq öz seçiminə sadiq qalıb.
Xaliq, yığdığı balla Azərbaycan Tibb Universiteti də daxil olmaqla bir çox ali məktəblərə qəbul ola biləcəyini, lakin uşaqlıqdan bəri baytarlığa marağının olduğunu və bu sahədə uğur qazanacağına inandığını qeyd edib. O, gələcəkdə kənd təsərrüfatı sahəsində savadlı mütəxəssis olmaq və ekzotik heyvanları araşdırmaq niyyətindədir.
Ailəsinin əvvəlcə bu seçimlə razılaşmadığını, lakin maddi dəstək göstərdiklərini bildirən Xaliq, uzun müzakirələrdən sonra arzularını gerçəkləşdirdiyini deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib