Xaçmazın bu kəndini üfunət bürüyüb - FOTO
Xaçmaz rayonunun Armudpadar kəndində yığılıb qalan zibillər natəmizlik yaradıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 1000-dən çox əhalisi olan bu kənddə bütün sakinlər, demək olar ki, məişət tullantılarını eyni ünvana atır.
Bu da anti-sanitar vəziyyət yaradıb, pis qoxudan və zibil əlindən həmin ərazidən keçmək mümkün deyil.
Sakinlər bildirir ki, bu halın yaranmasına səbəb məişət tullantıları üçün qutuların olmaması, eləcə də, zibilin vaxtında təmizlənməməsidir.
Məsələ ilə bağlı aidiyyəti orqan olan kənd bələdiyyəsinə üz tutuq. İş saatı olmasına baxmayaraq, idarədə heç kim yox idi. Telefon bağlantısı ilə bələdiyyə sədrinə suallarımızı ünvanladıq.
Sən demə, bələdiyyə sədri zibilliyin olmasından xəbərsizdir. Amma uzun sürən danışıqdan sonra, nəhayət ki, bələdiyyə sədri Təvəkkül Həsənovu ərazidə zibilliyin olduğuna inandıra bildik. O bildirdi ki, “sabah əraziyə baxış keçiriləcək və qısa müddətdə problem həllini tapacaq”.
Məsələni diqqətdə saxlayacağıq.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır