Xaçmazda iki ata övladını biçaqladi
Xaçmaz rayonunda bir gündə iki fərqli ailə münaqişəsi baş verib, nəticədə atalar öz oğullarını bıçaqlayaraq xəstəxanaya yerləşdiriblər.
Minval.info xəbər verir ki, ilk hadisə Xaçmaz şəhərində qeydə alınıb. Burada 51 yaşlı İlqar Musayev şəxsi mübahisə nəticəsində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə sağ böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona yüngül xəsarət yetirildiyi müəyyən edilib.
Digər hadisə isə Qadaşoba kəndində baş verib. Burada 40 yaşlı Saməddin Şıxanov 18 yaşlı oğlu Ceyhun Şıxanovun sağ qol nahiyəsinə bıçaqla zərbə vurub. Ceyhun Şıxanov da dərhal xəstəxanaya aparılıb və hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Onların vəziyyətləri yaxşıdır.
Hər iki bıçaqlanma hadisəsi ilə əlaqədar Xaçmaz Rayon Polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma başlanılıb. Hadisələri törədən İlqar Musayev və Saməddin Şıxanov polis tərəfindən saxlanılıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lionel Messi Argentina yığmasında son oyununu keçirəcək
Formula 2 və 3 İstanbulda 2027-ci ildə yarışacaq
Rəşid Məmmədəliyev dünya çempionatında 1/4 finala yüksəlib
"Liverpul" 115 milyon funtluq transferlə mövsümə hazırlaşır
Harmanprit Kaur Hindistanın qadın kriket komandası kapitanlığından ayrıldı
Daniil Medvedev Çin Açıq Turnirindən diskvalifikasiya edildi
Arda Gülər "Real Madrid" ilə müqaviləsini uzatdı