“Xəzər dənizində dalğanın hündürlüyü 8.9 metr təşkil edir” – VİDEO

Xəzər dənizində dalğanın hündürlüyü 8.9 metr təşkil edir”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.
“Hava şəraitinin ən kəskin dövrü günün ikinci yarısı və axşama doğru proqnozlaşdırılmışdı. Küləyin maksimal sürəti məhz axşam saatlarında müşahidə olunub. Abşeron yarımadasında yerləşən hidrometeoroloji şəbəkədən gələn məlumatlara görə, küləyin maksimal sürəti saniyədə 40 metrə çatır.
Müşahidə olunan hava şəraiti ifrat təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir. Bununla da bizim xəbərdarlığımız özünü tam doğruldub.
Təəssüf ki, sosial şəbəkələrdə müəyyən müzakirələr aparılır, hava ilə bağlı xəbərdarlığın nədən şişirdilməsi barədə fikirlər səsləndirilir… Dünən xoş və anomal hava şəraiti var idi. Yanvar ayı üçün ənənəvi olmayan hava şəraiti müşahidə olunurdu. Bəzi yerlərdə temperatur 17-18 dərəcəyə kimi yüksəlmişdi.
Bizim məqsədimiz ondan ibarət idi ki, əhali üçün hava şəraitinin çox kəskin dəyişməsi gözlənilməz olmasın. Artıq yanvarın 16-da Nazirlər Kabinetində ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı müşavirə keçirildi. Bütün dövlət orqanlarına tapşırıqlar və tövsiyələr verildi. Bununla da bütün dövlət təşkilatları havanın kəskin dəyişməsinə hazırlıqlı oldular.
Hesab edirəm ki, biz üzərimizə düşən vəzifəni yerinə yetirmiş olduq. Bəzi suallar yaranır ki, məktəblərdə dərslər niyə dayandırıldı. Bu, bizim səlahiyyətimizə aid olan məsələ deyil. Bizim vəzifəmiz ondan ibarətdir ki, gözlənilən hər hansı kəskin hava şəraiti haqqında, xüsusilə də ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında dövlət təşkilatlarını və əhalini məlumatlandıraq, baş verə biləcək fəsadları minimuma endirək. Artıq paytaxtda müəyyən fəsadlar müşahidə olunub, çox kəskin proses qeydə alınıb. Dövlət qurumları hazırlıqlı olduqlarını göstərdilər”, – deyə Umayra Tağıyeva bildirib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov ön xətdə - Fotolar
Sabahın hava proqnozu açıqlanıb
Yollarda cərimələr ən çox nəyə görə yazılır?
Gəncədə 11-ci sinif şagirdi intihar edib
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu AÇIQLANDI
Tacir Fədayədən ayrılma səbəbini açıqladı: "O pis vərdişin yolçusu..."