Xəzər dənizində azərbaycanlılara atəş açıldı: Yaralanan var

Qazaxıstanın sahil mühafizə xidmətinin əməkdaşları qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin gəmisini saxlamaq üçün atəş açıblar.
Bu barədə Sputnik bu ölkənin Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verib.
Hadisə Xəzər dənizinin Qazaxıstana aid hissəsində dekabrın 28-də gecə saatlarında baş verib. Gəmidə 4 nəfər Azərbaycan vətəndaşı olub. Atəş açıldıqdan sonra saxlanılan gəmidə 40 ədəd nərə tipli balıq ovu nümunəsi, 10 qutu brakonyer qarmaq ipləri, peyk rabitəsi və naviqasiya vasitələri aşkar edilib. Atəş nəticəsində brakonyerlərdən biri yaralanıb. Ona tibbi yardım göstərilib.
Qazaxıstanın dövlət sərhədini qəsdən qanunsuz keçmə faktı üzrə cinayət işi açılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!