Xərçəng olan Əməkdar artistin mədəsini kəsdilər

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunub.
Bu haqda aktyor MİNVAL.İNFO-a açıqlamasında danışıb. Xərçəngdən əziyyət çəkən N.Əsgərov hazırda özünü yaxşı hiss etdiyini deyib:
“On gündür xəstəxanada yatıram. Əməliyyat olundum, bütün mədəmi kəsib götürdülər. Çünki şiş böyük idi, orda qalmasın deyə mədə bütöv götürüldü. Hazırda palataya köçürülmüşəm. Hələ həkim evə buraxılmağı məsləhət görmür. Bəlkə gələn həftə evə buraxıldım”.
Qeyd edək ki, N.Əsgərov bir müddət əvvəl ürəyindən əməliyyat olunduğunu demişdi. O bildirib ki, ürəyinə stend qoyulub.
Xatırladaq ki, aktyor “Qərib cinlər diyarında”, “Bığ əhvalatı”, “My name is İntiqam”, “Bayram axşamı” kimi filmlərdə rol alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ən ucuz Novruz bazarlığını haradan etməli? – MÜQAYİSƏLİ QİYMƏTLƏR
Saxta sənədlərlə Azərbaycana keçmək istəyənlər saxlanıldı
Bakıda yüzlərlə sakinin həyatı təhlükədə - Onlar üçün sığınacaq yaradıldı
BDU-da həyəcanlı anlar - FOTO
Fasilə bitir, Azərbaycan derbisi olacaq
Məktəblilərin daşıya bilmədiyi dərs yükü - Problem nədədir?
Vəfa Zeynalovanın qardaşı vəfat etdi