31.07.2018 - 21:01
Dünya 1 baxış

“WhatsApp”da mühüm YENİLİK

“WhatsApp” messencerində artıq qrup zəngləri funksiyası əlçatandır. Yeni funksiya messencerin “iOS” və “Android” sistemləri üçün son yeniləməsində əlçatandır. Sözügedən yenilik artıq 30 iyul tarixindən işləyir, ­­­– şirkətin korporativ bloqunda deyilir.

Minval.İnfo “ICTnews”a istinadən xəbər verir ki, qrup zəngində 4-dək istifadəçi iştirak edə bilər. Bunun üçün öncə həmin istifadəçilərdən birinə zəng vurmaq, daha sonra ekranın yuxarı sağ küncündə yerləşən “iştirakçıları əlavə etmək” düyməsinin üzərinə sıxmaq lazımdır.

Qrup zəngləri adi zənglər kimi “end-to-end” şifrlənməsinə malikdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: