"Whats App" bunu da etdi
“Whats App” messencerində mesajları yadda saxlamaq üsulu tapılıb: sitatlardan istifadə etməklə yazışmanı yadda saxlamaq mümkündür.
Minval.İnfo ICTnews-a istinadən xəbər verir ki, sözügedən messencer bir neçə ay bundan əvvəl istifadəçilərə mesajları silmək imkanı təqdim edib.
Lakin mesajı yadda saxlamaq üçün sitat gətirmək və ya mesaja birbaşa cavab vermək lazımdır.
“WhatsApp” administrasiyası təlimatda qeyd edir ki, mesajlar göndərildikdən sonra onları yalnız 7 dəqiqə ərzində silmək olar. Ancaq dırnaq işarəsindən istifadə və ya cavab funksiyasının köməyi ilə mesajın yadda saxlanılması müddətini uzatmaq xüsusiyyəti haqda məlumat verilməyib.
Həm qrup, həm də şəxsi çatlarda sitat gətirilən mesajlar silindikdən sonra belə görsənməyə davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır