Vyetnamlı müşahidəçi: “Qayda pozuntusunun şahidi olmadım”
“Seçkilərdə yüksək texnologiyalardan istifadə bizdə böyük təəssürat yaratdı”.
APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyən Vyetnam parlamentinin üzvü Vu Nighem Khai mətbuat konfransında deyib.
“Xüsusilə məntəqələri canlı izləmək imkanı yaradılmışdı ki, bunu xüsusi qeyd etməliyəm. Barmağa vurulan mürəkkəb bir şəxsin seçkidə iki dəfə iştirakının qarşısını alır. Mən bu gün 5 məntəqədə oldum. Vətəndaşlar demokratik şəkildə səsvermə prosesində iştirak etdilər. Hər hansı qayda pozuntusunun şahidi olmadım. Seçicilərlə də söhbət etdim. Onlar gələcək deputatlarını fəal, məsuliyyətli şəxs kimi görmək istədiklərini və gənclərin parlamentdə təmsil olunmasına tərəfdarı olduqlarını bildirdilər. Düşünürəm ki, bu seçkilər ölkəni daha yeni nailiyyətlərə doğru aparacaq. Vyetnam olaraq bu bizi sevindirir”, – deyə Vu Nighem Khai vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
MSK seçkini yekunlaşdırdı - bəs namizədlər?
Əvəz Zeynallı da Rauf Arifoğlunu dəstəklədi (Video)
MSK Aygün Muradxanlının şikayətini təmin etmədi
Erkin Qədirli: “Mandatdan imtina etməyəcəyəm”
Son ümid: köhnə palan içi eşmək və əski yazılara “ağır sözlər” əlavə etmək