Vüsalə Əlizadə oyuncaqlara etiraz etdi: “Uşaqlara travmadır”
Aparıcı Vüsalə Əlizadə mağazada satılan bəzi uşaq oyuncaqları ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Minval.info xəbər verir ki, aparıcı təsadüfən uşaq oyuncaqları satılan bölməyə daxil olduğunu və bəzi gəlinciklərin görünüşünü bəyənmədiyini bildirib.
Vüsalə Əlizadə həmin oyuncaqların uşaqlar üçün uyğun olmadığını deyərək bunları söyləyib:
“Bu, gəlinciklər niyə satılır? Bunlar necə eybəcərdir… Bu gəlinciyin sırğası belə ola bilməz. Qiymətə hələ baxın. Uşaqlara travmadır. Hamısı da bahadır. Elə bil iflic keçiriblər”.
Aparıcının paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun fikirləri ilə razılaşdıqlarını bildirərkən, digərləri bunu şəxsi zövq məsələsi kimi qiymətləndiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib