Vüsalə: "Arvadının nömrəsini qonşulara versəm, xoşuna gələr?"
Tanınmış aparıcı Vüsalə Kərimovanın mobil nömrəsi icazəsiz olaraq yaşadığı binanın sakinləri ilə paylaşılıb.
Minval.İnfo xəbər verir ki, “Azərsu”nun Mahir adlı əməkdaşı su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət “Whatsapp” qrupu yaradıb. Aparıcının nömrəsini də həmin qrupa əlavə edib.
Kərimova bu barədə sosial media hesabında yazıb: “O, çoxbilmişliyindən, özünə əziyyət vermək istəmədiyindən su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət “Whatsapp” qrupu yaradıb?! Belə şey görmüşdünüz? Adama deyərlər, sən kim olmusan ki, mənim nömrəmi 300 evlik binanın “Whatsapp” qrupuna yazırsan? Bu haqqı sənə kim verdi? Bunun mahiyyətini anlayırsan?”
V.Kərimova jurnalist və hüquqşünaslara səslənib: “Siz bilərsiniz, bəlkə, bu su idarəsinin işçisi haqlıdır. Mənim nömrəmi paylamağa ixtiyarı var?”
Aparıcı daha sonra qeyd edib ki, Mahirin işdən azad olunması onu narahat etmir: “O, mənim nömrəmi el-aləmə paylayanda narahat olmadığı kimi, mənim də vecimə deyil. Görəsən, Mahirin arvadının nömrəsini tapıb qonşulara versəm, bu qeyrət dağarcığının xoşuna gələr?”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"