Virtual məkanda nifrət nitqi: Təhlükələr və həllər
“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində “Virtual məkanda nifrət nitqi və fəsadları” mövzusunda infosessiya təşkil olunub. Bu tədbirdə müxtəliflik mövzusunda yazan jurnalistlər, blogerlər və milli azlıqları təmsil edən icmalar iştirak edib.
Minval.info xəbər verir ki, layihənin məqsədi virtual məkanda milli azlıqlara yönələn ideoloji təxribatların qarşısını almaq, ictimaiyyətin maariflənməsi və mədəni müxtəlifliyin qorunması yolu ilə sabit etnomühiti formalaşdırmaqdır. Layihə çərçivəsində 13 maarifləndirici məqalə, 13 podkast və 80-dən çox qısa video hazırlanıb.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, jurnalistlərin milli-etnik məsələlərin işıqlandırılmasında məsuliyyətindən danışaraq, nifrət nitqini təşviq edən ifadələrdən çəkinməyin vacibliyini vurğulayıb. O, sosial şəbəkələrdə yayılan məlumatların geniş auditoriyaya çatmasının etnomədəni münasibətlərə mənfi təsir göstərə biləcəyini qeyd edib.
“Dodo” qəzetinin baş redaktoru İradə Məlikova, sosial şəbəkələrdə bəzi paylaşımların cəmiyyətdə narazılıq və qarşıdurma yaratmağa xidmət etdiyini bildirib. O, jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin daha məsuliyyətli olmasının vacibliyini vurğulayıb.
“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədr müavini Emin Xanlarov, Azərbaycanda müxtəlif xalqların birgə yaşayışının əhəmiyyətini qeyd edərək, sosial şəbəkələrin həm müsbət, həm də mənfi informasiya imkanları yaratdığını diqqətə çatdırıb.
Avar İctimai Birliyinin üzvü Abdulla Xanayev, cəmiyyətdə “biz” və “onlar” qarşıdurmasının formalaşmasının etnik və sosial münasibətlərə təsir göstərə biləcəyini bildirib. O, media savadlılığının artırılmasının vacibliyini vurğulayıb.
“Diaspor Jurnalistlərinə Dəstək” İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycan diasporunun fəaliyyəti və xaricdə yaşayan azərbaycanlı icmaların informasiya mühitində üzləşdiyi məsələlərdən danışıb.
Kürd Media Mərkəzinin rəhbəri İbrahim Əliyev, sosial şəbəkələrin milli icmaların özlərini cəmiyyətə təqdim etməsi üçün yaratdığı imkanlardan bəhs edib və yayılan məlumatların yoxlanılmasının vacibliyini vurğulayıb.
İT mütəxəssisi Bünyad Həbibov, sosial şəbəkələrin informasiya yayımındakı sürətindən və bunun yaratdığı risklərdən danışıb. Tədbirdə milli və etnik məsələlərə dair materiallarda terminologiyanın düzgün seçilməsinin vacibliyi müzakirə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ immiqrant vizalarını bərpa edir: Azərbaycan da siyahıda!
Dializ xəstələri virusa yoluxdu: Sabunçuda araşdırma aparılır
Sumqayıt xəstəxanasında növbə böhranı yaşanır
Hacı Kərimov dünya çempionatında finalda!
Qəbələ meydanında Şəfa sürprizi: 0-1 məğlubiyyət
Blogerin Bakı metrosu şikayəti: Rəsmi cavab gəldi
Qadın sahibkara 106 min manat borc qadağası!