12.10.2021 - 10:24
Siyasət 1 baxış

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Minval.info xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Vüqar İsmayılov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi polis polkovnik-leytenantı Bəkir Qarayev təyin edilib.

Qeyd edək ki, B.Qarayev bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsində İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: