Vilayət Eyvazov sıra baxışı keçirib

Sentyabrın 10-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 169 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Qeyd edək ki, onlardan 65 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin iştirakçıları olub.
Gənclər qarşısında çıxış edən general-polkovnik V.Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Azərbaycanlı gənclər öz vətənpərvərliklərini, qəhrəmanlıqlarını 44 günlük Vətən müharibəsində bir daha sübut etdi.
Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfələrini vermələrini tövsiyə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar