Viktor osimhenə okan burukun sakitlik mesajı: Qalatasarayda qalmaq asan deyil!
“Qalatasaray” bu axşam “Çorum FK” ilə yeni mövsümə start verəcək. Matç öncəsi diqqət mərkəzində olan Viktor Osimhen, baş məşqçi Okan Burukun xüsusi diqqətini çəkib.
Minval.info xəbər verir ki, hazırlıq oyunlarında rəqib futbolçularla yaşadığı gərginliklər səbəbindən Buruk, 26 yaşlı hücumçuya meydanda daha sakit davranması üçün xəbərdarlıq edib. O, Osimhenə emosiyalarını nəzarətdə saxlamağı tövsiyə edib.
Osimhenlə komandanın kapitanı Abdülkərim Bardakçı və digər futbolçuların da söhbət etdiyi bildirilir. Komanda yoldaşları, nigeriyalı futbolçunun “Qalatasaray” üçün əhəmiyyətini vurğulayıb.
ƏLAQƏLİ
Okan Buruk rusiyalı futbolçu Batrakovu irəli mövqedə sınaqdan keçirəcək
Transfer dönəmində “Əl-Hilal”ın marağına baxmayaraq, Osimhen “Qalatasaray”da qalmağa qərar verib. O, İstanbul klubunda 74 oyunda 59 qol vuraraq iki Türkiyə Super Liqası və bir Türkiyə Kuboku çempionluğu qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Okan Buruk rusiyalı futbolçu Batrakovu irəli mövqedə sınaqdan keçirəcək
Tamerlan Əzizov ATP reytinqinə ilk dəfə daxil olaraq tarix yazdı
Qana və Nigeriya AFCON 2027 seçmələrində şok məğlubiyyətlərlə üzləşir
Novak Cokoviç Çin Açıqda qayıdışa hazırdır
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin rəhbəri saxlanıldı
FIFA və UEFA arasında gərginlik: Infantino-dan ağır ittiham