VIII Qlobal Bakı Forumu çərçivəsində birinci panel başlayıb

“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində “COVID-19-dan sonra yeni dünya nizamı” mövzusunda birinci panel başlayıb.
Minval.info-nun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Brayza: Saakaşvilinin həbsi Gürcüstan üçün fəlakətdir
Ceyhun Bayramov Almaniyaya yola düşüb
İlham Əliyev: "Azərbaycan hər zaman Türkiyənin yanındadır"
Yeni rəis generalın əmisi oğlunu işdən çıxardı - Vüsal Hüseynovdan əmr