05.08.2026 - 17:42
Lent 27 baxış

Vergi hesablamalarında yeni dövr: Sahibkarların izahları olmadan qərar verilməyəcək

Vergi orqanının əməkdaşları, vergi ödəyiciləri tərəfindən təqdim olunan izahat və sənədləri nəzərdən keçirmədən əlavə kameral hesablama həyata keçirə bilməzlər.

Minval.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbəri Orxan Nəzərli açıqlama verib. O, sahibkarların narahatlıq duyduğu kameral vergi hesablamaları ilə bağlı qaydalara mart ayından etibarən riayət edildiyini bildirib.

Orxan Nəzərli qeyd edib ki, mart ayından bəri təqdim olunan izahlara vergi orqanı əməkdaşları tərəfindən münasibət bildirilmədən vergi hesablaması aparılması mümkün deyil. Bu yanaşmanın sahibkarların narahatlıqlarını tam aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azaldacağı düşünülür.

Dövlət Vergi Xidmətinin rəhbəri, həmçinin rəqəmsal transformasiya çərçivəsində həyata keçirilməsi planlaşdırılan ƏDV üzrə prefilinq mexanizmi haqqında da danışıb. Bu mexanizmə əsasən, vergi ödəyicisinin bəyannaməsi vergi orqanlarında mövcud olan məlumatlar əsasında sistem tərəfindən ilkin olaraq hazırlanır və ödəyici yalnız bu məlumatları yoxlayaraq təsdiq edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: