Velosipedçilərə mobil telefon xəbərdarlığı: Təhlükəsizlik üçün vacib tövsiyələr
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə təhlükəsizlik qaydalarına riayət etmələri üçün müraciət edib.
Minval.info xəbər verir ki, İdarənin açıqlamasında velosiped istifadəsinin artmasının müsbət bir inkişaf olduğu vurğulanır. Bununla belə, velosipedçilərin də digər yol hərəkəti iştirakçıları kimi qaydalara əməl etmələrinin vacibliyi qeyd olunur.
İdarə, velosiped sürərkən mobil telefondan istifadə etməyin qəza riskini artırdığını bildirir. Velosipedçilərə, həmçinin istiqamət dəyişərkən və yolayrıclarında dönərkən qəfil manevrlərdən çəkinmələri və digər hərəkət iştirakçılarını əvvəlcədən xəbərdar etmələri tövsiyə olunur.
Velosiped yollarının mövcud olduğu yerlərdə bu yollardan istifadə edilməli, belə imkan olmadıqda isə yolun sağ kənarı ilə hərəkət edilməlidir. Yol hərəkəti qaydalarına riayət etmək yalnız qanunun tələbi deyil, həm də hər kəsin təhlükəsizliyini təmin etmək üçün vacibdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib