Vaqif Mustafayev növbəti dəfə beynəlxalq kino festivalının juri sədri oldu
Xalq artisti, dünya şöhrətli kinorejissor Vaqif Mustafayev “Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq kinofestivalına mötəbər jürinin sədri kimi dəvət olunub.
Xatırladaq ki, görkəmli həmyerlimiz keçən il də bu festivalda jüriyə sədrlik etmək üçün dəvət olunmuşdu. Lakin gərgin iş qrafikinə görə Vaqif Mustafayev bu təklifi qəbul edə bilməmişdi.
Buna baxmayaraq, “Birlikdə qələbə qazandıq” festivalının təşkilatçıları yenidən təkidlə dünya şöhrətli kinorejissorumuzu XV Beynəlxalq kinofestivala jüri sədri kimi dəvət etmişlər. Onu da bildirək ki, dünyanın müxtəlif ölkələrindən cəlb olunan tanınmış kino xadimləri jürinin tərkibinə daxil edimişdir.
Beynəlxalq festival bu il may ayının 12-si başlayaraq və 18 maya qədər davam edəcək. Hər il dünyanın müxtəlif ölkələrində keçirilən məşhur kinofestivallara jüri sədri kimi dəvət olunan dünya şöhrətli kinorejissor Vaqif Mustafayevə bu şərəfli və məsuliyyətli işdə uğurlar arzu edirik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
