“Vahid maaş cədvəli olsun” - Təklif
“Vahid tarif cədvəli və əmək haqqının ödənilməsi haqqında”qanun layihəsi qəbul edilsin”.
“Qafqazinfo” xəbər verir ki, bu təkliflə deputat Musa Quliyev çıxış edib. O bildirib ki, dövlət qurumlarına pul bir yerdən, yəni, büdcədən verilməlidir:
“Belə olmayanda isə ayrı-seçkilik olur. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar dövlətdən maliyyələşir və bu belə də olmalıdır. Bu gün cərimələrdən gələn gəlirlərin bir qisminin dövlət büdcəsində çalışan şəxslərə verilməsi ilə bağlı qanuna dəyişikliklər edilir. Lakin bu prosesə nəzarət mexanizmi mümkün deyil. Ona görə də vahid tarifin yaradılmasını təklif edirəm və gələcəkdə bu məsələyə qayıtmalıyıq.
Bu qanunda axırıncı dərəcədən tutmuş yüksək dərəcəyə qədər hamının əməkhaqqı qeyd olunmalıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi