"Vətən yaxşıdır" mahnısı ilə məşhurlaşan Xudayarın ad günüdür
Vətən Müharibəsi şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadənin bu gün doğum günüdür.
“Minval.info” xəbər verir ki, 1988-ci il iyulun 22-də Bərdə şəhərində anadan olan kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd (Hadrut) qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.
O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub. Şəhid X.Yusifzadə ölümündən sonra “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edərək “gizir” hərbi rütbəsi alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu