20.10.2021 - 16:13
Ölkə
18 baxış
Vətən müharibəsi xronikası: 20 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Minval.info Vətən müharibəsinin xronikasını təqdim edir.
– Prezident İlham Əliyev xalqa müraciət edib.
– Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və 24 kəndin işğaldan azad olunduğunu bildirib.
– Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib.
– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə bağlı paylaşım edib.
– Azərbaycan Bayrağı Zəngilan şəhərinə sancılıb.
– Düşmənin zirehli texnikaları məhv edilməsinin videogörüntülərini yayılıb. Düşmənin məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Ermənistan muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib.
– Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub, 2 mülki şəxs həlak olub.
– Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilməsinin videogörüntüləri yayılıb.
– Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.
– Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilməsinin videogörüntüləri yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48