Vəsilə Vahidqızı yeni vəzifəyə təyin edildi - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.
Minval.info Axşam.az-a istinadən xəbər verir ki, komitənin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.
Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunub və həmin şöbəyə birləşdirilib. Qurumun mətbuat katibi Vəsilə Vahidqızı da Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. V. Vahidqızı faktı saytımıza təsdiqləyib.
“İctimai televiziya fəaliyyətə başladığı gündən orada çalışmışam. 2008-ci ildə isə Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat katibi kimi fəaliyyətimi davam etdirmişəm. Fuad Muradovun əmri ilə yeni vəzifəyə təyin edildim”, – deyə şöbə müdiri bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
