19.02.2019 - 14:37
Siyasət
1 baxış
“Vəkil bu gün məhkəmədə heç kimdir” - Deputat
“Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə nə lüzum var? Onlardan məmur düzəltməyə ehtiyac yoxdur”.“Ölkə.Az” xəbər verir ki, bunu deputat Fazil Mustafa “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinə dəyişikliyin müzakirəsində deyib. Onun sözlərinə görə, vəkilliyə daxil olmanın sayının genişlənməsinə şərait yaradılmır:
“Vəkildən məmur obrazı yaratmağın nə mənası var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abid Qafarov həbs edildi
14.07.2022 - 10:31
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
23.11.2021 - 11:28
“Müqaviməti davam etdirmək düşmənə baha başa gələcək” - Ekspert
27.10.2020 - 09:56
Ombudsman aparatında yeni təyinat-FOTO
02.09.2021 - 11:33
Navalnının “Noviçok”la zəhərləndiyi daha 2 ölkədə təsdiqləndi
14.09.2020 - 12:41
ABŞ: Ukraynanı qorumaq üçün hər şeyi edəcəyik
14.09.2021 - 10:45