Uzun oturmaq xərçəng riskini artırır
Böyük Britaniyada aparılan genişmiqyaslı bir araşdırma, uzun müddət hərəkətsiz oturmağın xərçəngdən ölüm riskini artırdığını göstərib. 91 mindən çox insanın iştirak etdiyi bu tədqiqatda, Qlazqo Universitetinin alimləri UK Biobank məlumatlarından istifadə edərək iştirakçıların fiziki aktivliyini təxminən 12 il ərzində izləyiblər.
Minval.info xəbər verir ki, araşdırmanın nəticələrinə görə, hər əlavə saat ərzində ən azı 30 dəqiqə hərəkətsiz oturmaq xərçəngdən ölüm riskini 9 faiz artırır. Alimlər, uzunmüddətli hərəkətsizliyin qaraciyər, böyrək, mədəaltı vəzi, yoğun bağırsaq, süd vəzi və qalxanabənzər vəzi xərçəngi kimi bir sıra xəstəliklərlə əlaqəli olduğunu müəyyən ediblər.
Mütəxəssislər, gündə bir saat oturma müddətinin yüngül fiziki aktivliklə əvəzlənməsinin xərçəngdən ölüm riskini 12 faiz azalda biləcəyini bildirirlər. Xüsusilə masa arxasında işləyənlərə gün ərzində qısa gəzintilər etməyi və uzun müddət fasiləsiz oturmaqdan çəkinməyi tövsiyə edirlər. Araşdırmanın müşahidə xarakterli olduğu və səbəb-nəticə əlaqəsini tam sübut etmədiyi də vurğulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib