25.08.2026 - 16:27
Ölkə 21 baxış

Uyğunsuz dondurma: 158 kq məhsul məhv edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə monitorinq həyata keçirib. Bu monitorinq çərçivəsində 13 istehsalçıya aid 27 dondurma nümunəsi laborator müayinələrə cəlb edilib.

Minval.info xəbər verir ki, aparılan müayinələr nəticəsində fiziki şəxs Qasımov Tahir Adil oğluna məxsus “Fantaziya” əmtəə nişanlı “Matroskin” südlü dondurmasında E.Coli və Enterobacteriacea göstəriciləri üzrə mikrobioloji uyğunsuzluq aşkarlanıb. Həmçinin, məhsulun etiketində kərə yağından istifadə edildiyi qeyd olunsa da, tərkibində bitki sterini müəyyən edilib.

Bununla əlaqədar olaraq, qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb, müəssisədə dondurma istehsalı dayandırılıb və uyğunsuz məhsul partiyasının satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nəticədə, ticarət şəbəkələrindən geri çağırılan 38,4 kq və müəssisənin anbarında olan 120 kq olmaqla, ümumilikdə 158,4 kq uyğunsuz dondurma məhsulu Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: