ÜST-nin əməkdaşları koronavirusa yoluxdu
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer məlumat verib.
“Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. İki əməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”, – o deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 184 000-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 182 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Asiyanın ən gözəl qızı” açıqlandı - Fotolar
Qonşu ölkədə ABŞ-ın gizli laboratoriyaları var
Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
Türkiyədə süni nəfəs aparatının kütləvi istehsalına başlanılacaq
Dünyanın ən güclü orduları – Yeni siyahı açıqlandı
Lukaşenkodan ŞOK ƏMƏL