Uşaqların yaradıcılığı Qarabağda yeni nəfəs alır: 5 istiqamətdə ustad dərsləri başlayır
Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün xüsusi yaradıcılıq ustad dərsləri təşkil olunacaq.
Minval.info xəbər verir ki, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi “Yenidən doğulan torpağın övladları” adlı layihəni həyata keçirir. Bu təşəbbüs, doğma yurdlarına qayıdan uşaqların asudə vaxtını səmərəli keçirməklə onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi hədəfləyir.
Layihə çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndində keçiriləcək tədbirlərdə ətraf ərazilərdə yaşayan gənclər də iştirak edəcək. Proqram beş əsas istiqamətdə həyata keçiriləcək: bədii təxəyyülü artıran rəsm, mütaliə və yazı bacarıqlarını inkişaf etdirən ədəbiyyat, səhnə nitqini və sosial inteqrasiyanı gücləndirən teatr, mənəvi rahatlıq bəxş edən musiqi və sağlam həyat tərzini təşviq edən fəaliyyətlər.
Bu təlimlər, uşaqların və gənclərin yaradıcılıq qabiliyyətlərini artırmaqla yanaşı, onların sosiallaşmasına və sağlam həyat tərzini mənimsəməsinə dəstək verəcək. Layihə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib