Uşaqların döyüldüyü sığınacağın sahibi keçmiş məmurun qızı imiş...
Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın rəhbəri ilə bağlı yeni məlumatlar üzə çıxıb.
“Minval.info” xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovun qızıdır. Zülfü Qasımov Ağdam YAP təşkilatının keçmiş Aparat rəhbəri olub. Sığınacağın rəhbəri Könül Qasımova eyni zamanda, sosial şəbəkələrdə bloqer kimi tanınan, daha çox bloqer Aysel Şükürova ilə birgə videolar çəkən Raul İsgəndərlinin anasıdır.
Qeyd edək ki, sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.
Fakta görə cinayət işi başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dana və quzu əti kəskin bahalaşdı
Davamçılar 20 Yanvar şəhidlərini yad ediblər
Bakıda qadınla görüşə gələn gənci öldürən şəxslə bağlı YENİ XƏBƏR
"Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib" - RƏSMİ AÇIQLAMA
Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu
Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi