Uşaqlara verilən məşhur qidanın içindən yad cism tapıldı - Vacib xəbərdarlıq - Foto
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.
Agentlikdən Minval.info-ya verilən məlumata görə, araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.
Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO