18.05.2020 - 11:05
İqtisadiyyat 1 baxış

Ünvanlı sosial yardım almaq üçün daha bir şərt yumşaldılır - Millət Vəkilindən açıqlama

Vüqar Bayramov

Ünvanlı dövlət sosial yardıma müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı.

Bunu ABC.AZ-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. Millət vəkili bunu Milli Məclisdə komitə müzakirələri zamanı qanunda nəzərə alınmasını tövsiyyə edib.

V. Bayramovun sözlərinə görə, tövsiyylər qəbul olunarsa, bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı sosial yardıma müraciət imkanı yarada bilər: “Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət üçün ailədə adambaşına kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır. Komitə iclasındakı müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparıldığını bildirdi. Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manatadək çatdırılacaq. Bu o deməkdir ki, 4 nəfərlik ailədə kommunal xərc üçün limiti 76 manatdan 108 manata çatdırılacaq. Bu isə daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardım müəyyənləşdirilməsinə imkan yaradacaq”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: