07.01.2022 - 12:37
İqtisadiyyat
21 baxış
Unun topdansatış məntəqələri ilə bağlı məlumatlar açıqlandı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatı açıqlayıb.Minval.info xəbər verir ki, hazırda qeyd edilən topdansatış məntəqələrində unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir.
İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.

Məlumatlar mütəmadi olaraq yenilənəcək.
Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır.
“Bir daha bildiririk ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir. İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00; email ünvanı: [email protected]”, – deyə qurum bəyan edib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti 107 dolları keçdi!
14.09.2026 - 09:32
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
12.09.2026 - 22:53
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
12.09.2026 - 14:36
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
12.09.2026 - 12:37
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
12.09.2026 - 11:48
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
12.09.2026 - 08:25
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
12.09.2026 - 08:04
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
11.09.2026 - 22:58