20 il ərzində seçicisini tanımayan, dairənin 3 dəfə deputatı olan, 5-ci dəfə seçki kampaniyası aparan İqbal Ağazadəni bitirən səbəblər və nəticələr…

Mən seçki texnoloqu kimi, Abbasov Rauf Arifoğlunun kampaniyasına qoşulanda bir qədər narahat idim. Çünki rəqib tərəf artıq 5-ci dəfədir ki, bu ərazidə seçki kampaniyası aparır. Üstəlik də 2016-cı ildə Ağdaş rayonundan deputatlığa namizədliyini irəli sürüb, uduzmasına rəğmən seçki kampaniyası aparıb.

Amma buna baxmayaraq, öz namizədimin gücünə, komandasına, imkanlarına, fitri istedadına bələd və əmin idim. 2005-ci ildə birlikdə apardığımız uğurlu seçki kampaniyasının tam təfsilatını indi də xatırlayıram. Təəssüf, müəyyən səbəblərdən Rauf Arifoğlunun 2010-cu ildə parlament seçkilərində apardığı möhtəşəm seçki kampaniyasında iştirak edə bilmədim, ancaq media vasitəsi ilə bunu da diqqətlə izləmişəm.

9 fevralda baş tutacaq növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniyaya start verəndə – imza toplama mərhələsində bizdə belə bir ilkin qənaət yaranmışdı ki, ərazidə yeniyik, aktiv insanların nisbəti ziyanımıza ola bilər. Bununla da həmin mərhələdə əlavə sorğuya heç ehtiyac duymadıq…

Sadəcə, rəqibimizlə sağlam bir rəqabət mühtində qələbə çalmaq üçün əzmlə, inamla işlərimizə başladıq. Və ilk addımdan qarşı tərəfin oyun qaydalarını pozmasının, çirkli texnologiyalara baş vurmasının şahidi olmağa başladıq. Hansı ki, daha əvvəl mərdliklə, şəffaf qaydada seçki kampaniyası aparacağına söz vermişdi…

Namizədlərin qeydə alınması mərhələsində səsvermə günü seçiciləri çaşdırmaq üçün Abbasov Rauf Çərkəz oğlu adlı birini Qusardan kloun namizəd tapıb gətirdi. Adam bununla kifayətlənmədi, əziyyət çəkib, seçki bülletenində Abbasov Rauf Arifoğlu birinci olmasın deyə, Abbasov Arzu Mirsaleh oğlu adlı birini də tapıb gətirdi dairəyə. Üstəlik də söyüş söyən, dairəni bezdirən daha birini tapıb, namizəd edib…

Proses boyunca çirkli texnologiyalar davam etdi: Təbliğat-təşviqat kampaniyası başlayanda yanvarın 17-də DSK-nın təyin etdiyi məkanda – Sabir adına kitabxanada ilk böyük görüşümüzü keçirdik. Görüşün qızğın vaxtında məlum oldu ki, o, 5 qadın təxribatçı göndərib bizim görüşə.

Və beləcə bəlli oldu ki, adam ancaq belə eybəcər oyunlara baş vurur. Və sual yaranır, seçkisi ilə kim məşğul olacaq? Heç olmadı da.

Nəhayət, bir məsələ də bəlli oldu ki, rəqibimiz keçmiş DSK sədri İmran Hüseynəliyevlə də müştərək şəkildə seçki qanunsuzluqlarına baş vurubmuş. Məqsədlərdən biri də İqbal Ağazadənin məntəqələrdə müşahidəçilərinin, məşvərətçi səs hüquqlu üzvlərinin sayını həddindən artıq artıraraq, seçkilərə bu şəkildə də müdaxilə etmək idi. DSK-nın yeni sədri Qarat Qaratovun qanunlara hörmətlə yanaşması, MSK-nın obyektiv qərarı ilə bu müdaxilə cəhdinin də qarşısı alındı.

Seçicilərlə görüş adı altında başqa-başqa adamları maşınlarla daşıyaraq, gətirib şəkil çəkdirib, qayıtdılar… O, sanki seçki kampaniyası aparmırdı, bütün tədbirlərdə yalnız özü pafoslu çıxışlar edirdi, nə bir vəkili danışdı, nə də bir seçiciyə söz verib, onu dinlədi. Göründü ki, adamın gerçək bir dəstəyi, müvafiq komandası yoxdur!

Ondan fərqli olaraq isə biz sağlam, şəffaf bir seçki prosesi aparırdıq və qələbəyənin bir addımlığındayq.

Seçki prosesi boyunca seçicilərimizlə birbaşa görüşdük. Onları dinlədik, onlarla tanınmış şəxs, Rauf Arifoğlunun vəkilləri, səlahiyyətli nümayəndələri də onunla bərabər tədbirlərdə çıxış etdilər. Seçicilərin dərd-sərini onların öz dilindən eşitdik, eynilə də dəstəklərini şəxsən bildirdilər. İki rəqibimiz – Səbinə Məmmədli və Gülşən Fərzəliyeva isə kampaniyanın gedişində Rauf Arifoğlunun xeyrinə namizədliyini geri götürdü və çevrəmizə qoşuldular.

İnsanları komandamıza qəbul etməklə, çevrəmizi genişləndirməklə məqsədimizə doğru addımladıq. Əhalinin rəğbətini qazanmaq üçün əlimizdən gələni etdik. Bununla da qələbəmizə kimsədə, hətta rəqibimizin özündə şübhə qoymadıq.

O, sosial şəbəkələrdə, videoçıxışlarında yalançı rəqəmlər səsləndirib, gülüş hədəfinə çevrildiyi bir vaxtda, biz ortaya gerçək faktları qoymağı doğru hesab etdik. Zatən seçici doğrunu sevir, doğrunu seçir!

Beləliklə, təbliğat-təşviqatın son günlərində Rauf Arifoğlunun Seçki Qərargahı tərəfindən aparılan geniş miqyaslı və obyektiv sorğularda rəqib üçün rüsvayçı nəticələr ortadadır.

Nəticələr isə belədir:

35 saylı Xətai III seçki dairəsindən deputatlığa namizəd Abbasov Rauf Arif oğlunun seçki qərargahı tərəfindən seçki aktivliyi ilə bağlı keçirilən rəy sorğusu

Qərargahın keçirdiyi sorğuya əsasən döyülən 1800 qapıdan:

– 400-ü açılmayıb;

– 220 nəfər qeydiyyatda olmadığı üçün sorğuda iştirak etməyib;

– 180 nəfər ümumiyyətlə seçkidə iştirakdan imtina etdiyini bildirib;

– 1000 nəfər seçkidə fəal iştirak edəcəyini bildirib.

Sorğuda iştirak edənlərin

– 62 % – i qadınlar;

– 38 % – i kişilər olub.

Sorğunun nəticələrinə görə:

– 200 nəfər (20 %) İqbal Ağazadəyə səs verəcəyini deyib. Həmin seçicilərin:

– 80 nəfəri (40 %) 60 yaşdan yuxarı;

– 60 nəfəri (30 %) 50-59 yaş;

– 34 nəfəri (17 %) 30-49 yaş;

– 26 nəfəri (13 %) 18-29 yaş qrupunda olanlardır.

Seçicilərin 720 nəfəri (72 %) Rauf Arif oğluna səs verəcəyini deyib (onların 320 nəfəri ötən seçkilərdə İqbal Ağazadəyə səs verdiyini bildirib).

Həmin seçicilərin:

– 209 nəfəri (29 %) 18-29 yaş;

– 230 nəfəri (32 %) 30-49 yaş;

– 151 nəfəri (21 %) 50-59 yaş;

– 130 nəfəri (18 %) 60-dan yuxarı yaş qrupunda olanlardır.

– 80 nəfəri isə (8 %) digər 10 namizədə səs verəcəyini deyib.

Sorğuda iştirak edənlər yaşadıqları ərazidə liftlərin bərpasına, həyətlərin abadlaşdırılmasına, uşaq meydançalarının salınmasına, küçələrin işıqlandırılmasına, daxili yollarda asfalt örtüyünün salınmasına böyük ehtiyac olduğunu bildiriblər.

Ruslan İbrahimbəyli