“Ulduz” filminin “Nazik”i vəfat etdi
Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib.
Bu barədə News24.az-a aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib. Bildirib ki, aktrisa son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir.
Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.
1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu “Ulduz” filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyədək sevilir.
https://youtu.be/4pEnTUWhNss
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər