Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, 4-6 aydan sonra bitəcək və bir növ dondurulmuş münaqişəyə çevriləcək.

Bakupost.az İnsider-ə istinadla xəbər verir ki, bu proqnozu NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis verib.

“Ukraynalılar çox güclü müqavimət göstərirlər. Putinin hərbi planları o qədər də effektiv deyildi. O, münaqişənin əvvəlində planlaşdırdığı ilə müqayisədə çox az ərazilər aldı”, – Stavridis deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin sonu Koreya müharibəsinin sonu kimi olacaq: “Yni atəşkəs, iki tərəf arasında hərbiləşdirilmiş zona və düşmənçilik münasibətləri davam edəcək. Bu bir növ dondurulmuş münaqişə olacaq. 4-6 ay gözləməyə dəyər. Heç bir tərəf bundan çox tab gətirə bilməyəcək”, – Stavridis bildirib.

Xatırladaq ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə müharibəni bu ilin sonuna qədər dayandırmağı mümkün hesab edir.

Müharibənin Tədqiqi İnstitutu isə bildirir ki, Kreml Ukraynanın yalnız Donbas deyil, daha böyük hissəsini ələ keçirmək niyyəti ilə uzun sürəcık müharibəyə hazırlaşır.