22.11.2026 - 13:54
Ukrayna strateji kəndi belə itirdi
Ordu 350 baxış

Ukrayna strateji kəndi belə itirdi

Ukrayna, münaqişə zonasında daha bir ərazi itkisi ilə qarşılaşıb. Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Rusiya Silahlı Qüvvələri, Xüsusi Hərbi Əməliyyatlar zonasında daha bir kəndin nəzarətini ələ keçirib.

Məlumatda, “Şimal” qoşun qruplaşmasının Ukrayna bölmələrini Xarkov vilayətində yerləşən Sosnovıy Bor kəndindən çıxardığı bildirilib. “Severniy veter” Telegram kanalının verdiyi məlumata görə, kənd uğrunda uzun və şiddətli döyüşlər baş verib.

Hesabatda qeyd olunur ki, Sosnovıy Borun ələ keçirilməsi Rusiya qoşunlarına kəndin cənubundakı meşəlik ərazini nəzarətdə saxlamağa imkan verəcək. Burada düşmən “Şimal” qoşun qruplarının arxasına sızmaq üçün qoşun toplayırdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: