21.11.2026 - 10:14
Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olundu
Ordu 274 baxış

Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olundu

Publika.az-ın məlumatına görə, Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib. Bu barədə Müdafiə Nazirliyindən alınan məlumatda qeyd olunur.

Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində keçirilən görüşdə NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti iştirak edib. Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Görüş zamanı müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin edilməsi, təchizat zəncirinin dayanıqlılığının artırılması və kollektiv logistik təminat fəaliyyətləri haqqında təqdimatlar keçirilib.

Ukrayna strateji kəndi belə itirdi ƏLAQƏLİ
Bunu da oxu

Ukrayna strateji kəndi belə itirdi

22.11.2026 - 13:54

Tərəflər, NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması, logistik dəstək tərəfdaşlığının fəaliyyət istiqamətləri və mövcud logistik imkanların birgə istifadəsi mexanizmlərini müzakirə ediblər.

Bununla yanaşı, hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili, NSPA və OLSP kimi mexanizmlər vasitəsilə beynəlxalq və çoxtərəfli imkanlardan səmərəli faydalanma imkanları da geniş fikir mübadiləsinin mövzusu olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: