Azərbaycan və NATO logistik əməkdaşlığın inkişafını müzakirə edib
Baku.ws-ın məlumatına görə, Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Nazirliyin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair görüş keçirilib.
Görüşdə NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin edilməsi və təchizat zəncirinin dayanıqlığının artırılması kimi mövzular ətrafında təqdimatlar olub. Həmçinin, NATO-nun kollektiv logistik təminat fəaliyyətləri müzakirə edilib.
Tərəflər NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması və Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının (OLSP) fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparıblar.
Görüşdə hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili, eləcə də NSPA və OLSP mexanizmləri vasitəsilə beynəlxalq və çoxtərəfli imkanlardan səmərəli faydalanma imkanları müzakirə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna strateji kəndi belə itirdi
44 günlük Vətən müharibəsində pilotların rolu nə oldu?
997 hektar ərazi minalardan təmizləndi
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi