22.07.2026 - 11:56
Hərbi xəbər 44 baxış

Ukrayna “Şahed”lərə qarşı yeni silahı sınaqdan KEÇİRDİ

Ukrayna reaktiv “Şahed” pilotsuz uçuş aparatlarına (PUA) qarşı yeni Radioelektron Mübarizə (REM) vasitələrinin sınaqlarını həyata keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müdafiə texnologiyalarının inkişafı üzrə müşaviri Sergey (Fleş) Beskrestnov məlumat verib.

“Görüş zamanı Prezident ən vacib tapşırıqlardan birini – reaktiv “Şahed”lərə qarşı mübarizə məsələsini müəyyənləşdirdi. Reaktiv “Şahed”lər bizim Hava Hücumundan Müdafiə (HHM) sistemlərimiz üçün həqiqətən də böyük bir çağırışdır. Lakin onlar ən çox MESH şəbəkəsi vasitəsilə onlayn idarəetmə rejimində təhlükəli olurlar. Bu gün günü poliqonda keçirdim və burada MESH şəbəkələrinə REM qüvvələri ilə qarşıdurma variantlarını sınaqdan keçirdik”, – deyə Beskrestnov vurğulayıb.

“Fleş”in sözlərinə görə, REM vasitələri istehsalçıları “Brave 1” və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Radioelektron Mübarizə Baş İdarəsinin dəstəyi ilə düşmən “Şahed”lərinin MESH radiomodemləri vasitəsilə idarəetmə kanallarının basdırılması texnologiyalarında irəliləyiş əldə edirlər.

Attachment

“Mən düşmənin bizim REM-ə necə və nə ilə cavab verəcəyini bilirəm. Biz də onların cavabına öz cavabımızı verəcəyik. Texnologiyalar müharibəsi dünyasına xoş gəlmisiniz”, – deyə Beskrestnov əlavə edib.

Xəbər verildiyi kimi, Ukrayna Silahlı Qüvvələri Almaniyadan vəd edilən “Skyranger” zenit komplekslərini hələ də ala bilməyib. Analitiklərin sözlərinə görə, silahların çatdırılmasının yubadılmasının iki mümkün səbəbi var. Bu səbəblərdən biri maliyyə vəsaitinin çatışmazlığıdır.

“Rusiyanın dondurulmuş aktivləri nağd pul və ya bank hesablarındakı vəsait şəklində mövcud deyil. Burada söhbət əmlakın çətinliklə pula çevrilməsindən gedir və bu tapşırığın icra sürəti Ukraynanın ehtiyaclarının təmin edilməsi tempindən xeyli geri qalır”, – deyə “Defense Express” analitikləri vurğulayıblar.

Eyni zamanda, mətbuatda Ukraynanın “Skyfall” şirkətinin “Şahed”ləri vurmaq üçün nəzərdə tutulan yeni sürətləndirilmiş dronu təqdim etdiyi bildirilir. Söhbət Ukraynanın keçən ilin sonundan istifadə etdiyi P1-SUN modelinin daha sürətli versiyası olan “P1-SUN Jetkiller”dən gedir.

Şirkətin yeni dron-tutucusu saatda 370 km sürət yığa bilir, adətən istifadə olunan standart P1-SUN versiyası isə saatda maksimum 310 km sürətlə uçur.

Musavat.com

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: