Ukrayna rəsmisi: "Qalib gəlməyimiz üçün minlərlə hərbi texnika lazımdır"
“Ukraynaya Rusiya ilə müharibədə qalib gəlmək üçün minlərlə hərbi texnika lazımdır”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Ukrayna Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak tərəfindən səsləndirilib.
Ukrayna rəsmisi hətta ehtiyac duyulan silahların siyahısını da açıqlayıb.
1000 ədəd 155 mm-lik haubitsa;
300 ədəd reaktiv yaylım atəş sistemi;
500 tank;
2000 zirehli maşın;
1000 dron.
“Bu ilin iyun ayının 15-də Brüsseldə müdafiə nazirlərinin təmas qrupunun iclası olacaq. Biz qərar gözləyirik”, – deyə M.Podolyak bildirib.
Qeyd etmək lazımdır ki, “Ukroboronprom” Ukrayna Silahlı qüvvələrinin ehtiyacı üçün lazım olan 500 ədəd zirehli maşının sifarişini artıq həyata keçirib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər
ABŞ İranla gərginlik fonunda əməliyyata hazırlaşır
Şimali Koreya Yapon dənizinə raketlər buraxdı
Qəzza mövzusunda film Venesiyada rekord qırdı
Centcom rəhbəri Səudiyyədə təcili məsləhətləşmələr aparır
Britaniya: Rusiyanın itkiləri 1,5 milyona çatdı