Ukrayna prezidentinin azərbaycanlı dostu Zelenskinin qələbəsindən danışdı
“Zelenskinin Ukrayna prezidenti seçiləcəyini proqnoz vermişdim”.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın dostu, “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli deyib.
O bildirib ki, apardığı seçki kampaniyası və keçirilən sorğular onun qalibiyyətinə şübhə yeri qoymurdu: “Ona görə də verdiyim proqnozun özünü doğrultmasından narahat deyildim. İstəyim odur ki, Ukrayna xalqı firavan yaşasın. Ukrayna xalqının seçdiyi yeni rəhbərlik xalqı üçün əlindən gələni etsin. Ukraynanın necə idarə olunacağı, əhalinin necə yaşaması onların daxili məsələsidir. Biz Ukrayna xalqının müharibəsiz, dinc şəraitdə, firavan yaşamasını arzu edə bilərik”.
Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunun nəticəsinə əsasən, Vladimir Zelenski ölkə prezidenti seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?