Ukrayna Müdafiə Nazirliyində daha bir oğurluq sxemi ifşa edilib
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin Müdafiə Nazirliyində daha bir oğurluq sxemini ifşa edib.
APA xəbər verir ki, bu barədə məlumat UTX-nin rəsmi internet səhifəsində dərc edilib.
Qeyd olunub ki, dəymiş ziyanın ümumi məbləği 119.5 milyon qrivnadan (3.2 milyon dollardan) çoxdur.
“Ukrayna hərbçilərinin qidalanması üçün ayrılan vəsaitin oğurlanması ilə bağlı daha bir irimiqyaslı sxem üzə çıxıb və Müdafiə Nazirliyinin rəsmiləri bu oğurluqda iştirak edib”, – xidmət bildirib.
Məlumatda deyilir ki, Ukrayna Silahlı Qüvvələri hərbçilərinin yerləşdirildiyi ərazilərə iri ərzaq partiyalarının tədarükünü təmin etmək məqsədilə Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi bir neçə kommersiya şirkətinin rəhbərləri ilə müqavilələr bağlayıb.
Ayrılan büdcə vəsaitləri isə müvafiq xidmətlərin göstərilməsi üçün istehsalat bazası və texnoloji avadanlığı olmayan müəssisələrin hesabına köçürülüb.
İşlə bağlı həmin şirkətlərin rəhbərlərinə və MN əməkdaşlarına qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə” maddəsi ilə ittiham irəli sürülüb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əsəd atəşkəs elan etdi
Ermənistanda baş nazir seçkiləri keçirilib
“Bu, Rusiya ilə münaqişə olacaq” - NATO-nun sabiq Baş katibi
Məşhur aktyor və həyat yoldaşı koronavirusa yoluxdu
Polisdən qaçarkən ayağı qırılmışdı, yenə oğurluq etdi - VİDEO
“TikTok”da kütləvi şəkildə intihar videosu yayılır - FOTO