Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını istəyib
Ukrayna Qara dənizdə gəmi hərəkətinin dayanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təşəbbüs edib.
Minval.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qara dənizdəki dəhliz üzrə gəmi hərəkəti dayanıb. O iddia edib ki, son günlər ən azı üç mülki yük gəmisi hücuma məruz qalıb, nəticədə ekipaj üzvləri arasında ölən və yaralananlar olub.
Sibiqa bildirib ki, mövsümün ən intensiv dövründə bu gün Ukraynanın Qara dəniz dəhlizi ilə heç bir gəmi hərəkət etməyib.
Ukrayna XİN rəhbəri baş verənləri “qəsdən törədilən iqtisadi və humanitar terror” adlandıraraq xəbərdarlıq edib ki, bu vəziyyət davam edərsə, Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında milyonlarla ailə ərzaq qiymətlərinin bahalaşması və aclıq təhlükəsi ilə üzləşə bilər.
Andrey Sibiqa bütün dövlətləri, xüsusilə də bu vəziyyətdən təsirlənən ölkələri Rusiyadan Qara dənizdə mülki gəmilərə qarşı hücumları dərhal dayandırmağı tələb etməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu